The tradition & historical record
4 min read · 2 sourcesAlpaqut — Turan coğrafiyasında yaşayan, Türk xalqlarının ortaq mədəni dünyagörüşünü təmsil və təbliğ edən, eləcə də milli döyüş ənənələrini inkişaf etdirən, xüsusilə qədim Türklərin döyüş mədəniyyətini, müasir döyüş sənəti üzərində konsepsiyalaşdıran, dərin fəlsəfi ideoloji mənası olan və sirli qalan milli döyüş mədəniyyətinin qlobal mədəniyyətə çıxışını təşkil edən bir idman növüdür. 1
Haqqında
İdman növünün adı Mahmud Qaşqarlı tərəfindən XI əsrdə yazılmış Divanü Lüğat-it-Türk kitabından götürülüb.Bu kitabda "alpaqut" sözü 3 dəfə çəkilib. Alpaqut cəsur döyüşçü, igid deməkdir. İdman növü Vasif Namazov tərəfindən yaradılıb. 2014-cü il fevralın 12-də Dünya Alpaqut Federasiyası fəaliyyətə başlayıb. 2022-ci il mayın 17-də Beynəlxalq İdman Elmləri və Bədən Tərbiyəsi Şurası (ICSSPE) Dünya Alpaqut Federasiyasını rəsmi olaraq üzvlüyə qəbul edib. Döyüş növü qədim türklərin Təktanrçılıq fəlsəfəsini özündə əks etdirir. İdmançılar qədim türk döyüşçülərinin geyimi əsasında yaradılmış Çapan adlı geyimdə döyüşlərə çıxırlar. Börü (3 x 3) və Berkut (6 x 6) tipli yarış meydanları var. 1
Alpaqutun unikallığı
Alpaqut Turan Döyüş sənəti aşağıdakı unikallıqları (fərqliliyi) ilə seçilir: 1. Qədim Türklərin Gök Tanrı adlanan Təktanrçılıq fəlsəfəsini özündə əks etdirdiyinə və yaşatdığına görə; 2. Ümümtürk milli dəyərlərini və törələrini öz təlim programında birləşdirdiyinə görə; 3. Xüsusi görünüşü ilə fərqlənən, qədim türk savaşçılarına məxsus Çapan adlı geyiminə görə; 4. Qədim Türkçədə formalaşan ortaq terminalogiyasına görə; 5. Börü (3 x 3) və Berkut (6 x 6) çevrəli yarış meydanına; 6. Qədim türk ordusuna məxsus olan ierarxik rütbələrinə görə; 7. "Ayça", "Batur", "Caymaz", "Qurşaq" adlanan yarış sistemlərinə və Kaçut adlanan özünümüdafiə sisteminə görə; 8. Dörd üstüngüdən (mərhələdən) ibarət imtahan qaydalarına görə; 9. Sargut, Acar, Utku, Qınaq adlanan 4 fərqli rəngdən kartlardan ibarət ball sisteminə görə; 10. Səkkiz baza yöndəmlə\rindən ibarət yöndəmlərinə görə: 1
· Yumruk yöndəmləri — (bütün əl zərbələri texnikaları) · Tepik yöndəmləri — (bütün ayaq zərbələri texnikaları) · Ayça yöndəmləri — (rəqibi öz gücü hesabına həbsə salan texnika öncəsi çıxış) · Atış yöndəmləri — (geyimli və yalın vəziyyətdə bütün atma texnikaları) · Badalaq yöndəmləri — (Ayaqla icra edilən bütün istiqamətdə çəlmə və süpürmə texnikaları) · Bağdamak yöndəmləri — (Əl, qol, ayaqda olan oynaqları kilit vəziyyətində sındırıcı texnikalar) · Boğuçan yöndəmləri — (Geyimli və yalın formada icra edilən bütün növ boğucu texnikaları) · Koruy yöndəmləri — (yarış zamanı və ya küçədə istifadə ediləcək müdafiə texnikaları). 1
Alpaqutun müəllifi
Alpaqut döyüş sənəti, türk döyüş sənətləri üzrə araşdırmaçı, beynəlxalq dərəcəli idman ustası Kutsan Vasif Namazov tərəfindən, Türk xalqlarının qədim döyüş sənətlərindən götürülmüş və müasir döyüş sənətləri ilə sintezləşdirilərək qurulmuşdur. Bu idman növü Türk xalqlarının döyüş mədəniyyətindən qaynaqlandığı üçün, bu idman növünün markası "Turan döyüş sənəti" (Turan: türksoylu xalqların yaşadığı, böyük çöl adlanan coğrafiya) adlanır. 1
Alpaqutun programı
Alpaqut idman növünün tədris və təlim vəsaiti 1
Alpaqut Turan döyüş sənəti Alpaqut Turan döyüş sənətinn terminalogiyası Alpagut Turan döyüş sənətinin təsnifat normativləri Alpaqut Turan döyüş sənəti üzrə yarış programı 1
Alpaqutun rəsmiləşməsi və sənədləri
Bu döyüş sənəti bütün türk dünyasına aid olsa da bütün hüquqi haqlarla Azərbaycana məxsusdur. Belə ki, bütün türksoylu xalqlar kimi, Azərbaycan xalqının tarixi və mədəni irsinə aid olan Alpaqut adı, Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin 14.10.2014-cü il tarixli № 37 saylı sənədi əsasında bu döyüş sənətinin müəllifi, Türk Döyüş Sənətləri üzrə araşdırmaçı, Beynəlxalq Dərəcəli idman ustası Namazov Vasif İmran oğluna istifadəsi üçün rəsmi icazə verilmiş, eyni zamanda Azərbaycan Respublikası Patent üzrə Dövlət Komitəsi tərəfindən 17.11.2014-cü il tarixli iddia sənədinin 201400542 nömrəli Patent Şəhadətnaməsidə verilmişdir. Əlavə olaraq, Alpaqut idman növünün təlim və tədrisinin həyata keçirilməsi üçün hazırlanan metodiki vəsait proqramları Azərbaycan Respublikası Müəllif Hüquqları üzrə Dövlət Agentliyinin 16.10.2015 tarixli 04/C-8157–15 saylı Şəhadətnaməsi ilə təsdiq olunmuşdur. Alpaqut idman növünün beynəlxalq arenada inkişafı məqsədilə Dünya Alpaqut Federasiyası adında qurum 12 fevral 2014-cü il tarixində B14003831 saylı sənədinə əsasən beynəlxalq idman təşkilatı kimi qeydiyyata alınmışdır. 1
The text above is adapted from the Wikipedia article “Alpaqut (döyüş sənəti)”, available under the Creative Commons Attribution-ShareAlike 4.0 licence. 1
Alpagut (martial art) is recorded in open cultural data. The structured record cited below does not describe the practice, and this entry has not yet been reviewed by a person familiar with the tradition. 2
The source record links this tradition to 5 external registers, which can be verified through the citation. 2