Çayda Çıraq — Elazığ bölgəsinə aid halay növündən olan xalq rəqsidir. Dünyada bu rəqs "Şam rəqsi" kimi də tanınır. Adətən sazsız, "nanay" adlı xalq mahnılarının müşayiəti ilə ifa olunur.
No licensed photograph yet
Four in five rooms open without one. Add a photograph with a declared licence and your credit sits under it, permanently.
Çayda Çıraq — Elazığ bölgəsinə aid halay növündən olan xalq rəqsidir. Dünyada bu rəqs "Şam rəqsi" kimi də tanınır. Adətən sazsız, "nanay" adlı xalq mahnılarının müşayiəti ilə ifa olunur. İndiki Elazığ bölgəsinin toylarında kifayət qədər yayılmış rəqs növüdür. 1
Necə rəqs edilir
Rəqs özünəməxsus musiqinin müşaiyəti və xalq mahnıları ilə ifa olunur. Oyunun əvvəlində bu sözlər səslənir: "Şamlar şamdanlarda yansın, yeniyetmələr növbə alsın. Nağaralar çalınsın, Çayda Çıraq başlasın". Sözlər səsləndikdən sonra, rəqsi ifa edəcək komanda rəqs meydançasına daxil olur. Girişdən sonra dairə qurularaq, ifaya başlanılır. Dairə yarandıqdan sonra qızlar mərkəzə keçir və çömbəlirlər. Hər bir kişi rəqqas öz tərəfdaşının ətrafında bir dəfə dövrə vurur. Sonra dairə yenidən yaradılır və düz bir xətt meydana gələnə qədər dövrə vurulur. Düz xətt yaratdıqdan sonra 8 addım irəli atılır, sonra şamdanlar əyilərək yerə qoyulur. Şamdanlar yerə düzüldükdən sonra, çayda çıraq oyununa xas xalq mahnısı oxunulur. Xalq mahnısından sonra yenidən şamdanlar götürülür və rəqqaslar rəqs meydanını tərk edirlər. 1
Geyim və aksesuarlar
Çayda Çıraq oynayarkən istifadə edilən geyim ve aksesuarlar aşağıdakılardır: 1
Qadınların geyim və aksesuarları
Baş örtüyü
Köynək
Üç ətək
Şalvar
Kəmər
Çəkmə 1
Kişilərin geyim və aksesuarları
Köynək
Jilet
Kəmərbənd
Şalvar
Yumurta daban ayaqqabı 1
Həm qadın, həm də kişilərin istifadə etdiyi aksesuarlar
Şamdan
Şam 1
The text above is adapted from the Wikipedia article “Çayda Çıraq (xalq rəqsi)”, available under the Creative Commons Attribution-ShareAlike 4.0 licence. 1
Çayda çıra is Turkish folk dance, according to the structured record cited below. This entry was generated automatically from that record and has not yet been reviewed by a person familiar with the tradition. 2
The source record links this tradition to 1 external register, which can be verified through the citation. 2