Family unrecorded

Sharur yallisi

Şərur yallısı - Azərbaycan xalqına məxsus, Naxçıvan Muxtar Respublikası üçün xarakterik olan rəqs növlərindən biri

A symbol of antiquity, Oghuz stamp – Yalli of Sharur
Photo: Sedef94 · CC BY-SA 4.0+ Add licensed photo →
Understand in 30 Seconds · In Plain Words

Quick guide to Sharur yallisi

Sourced or Silent · CC BY-SA 4.0

Şərur yallısı - Azərbaycan xalqına məxsus, Naxçıvan Muxtar Respublikası üçün xarakterik olan rəqs növlərindən biri

01 · What it is
Living Tradition

Documented cultural tradition on record; family classification awaits an editor.

02 · Where & name
Geography awaiting source

Add a cited source naming the region or community that carries it.

03 · How it is doing
□□□□ (Not yet assessed)

Documented in open cultural records, but no cited field assessment of its current vitality has been added here yet.

04 · Proof & reuse
2 cited sources

Every claim links to a public record below. Free to quote, teach, and share under CC BY-SA 4.0.

Chapter Takeaways
Ümumi məlumatNaxçıvan təkcə tarixi memarlıq abidələri ilə deyil, həm də mədəniyyətimizin ən qədim nümunəsi olan folklor rəqsləri - yallıları ilə tanınır.
“Şərur” Xalq Yallı AnsamblıŞərur yallılarının qorunmasında, yaşadılmasında və təbliğində “Şərur” xalq yallı ansamblının mühüm rolu olub.
“Nurani” xalq yallı ansamblıKənd mədəniyyət evinin nəzdində fəaliyyət göstərən bu ansambl öz ətrafında 60-70 yaşında ifaçıları toplayıb.
“Şərur qönçələri” uşaq yallı ansamblı“Şərur qönçələri” uşaq yallı ansamblı rayon Mədəniyyət sarayının nəzdində fəaliyyət göstərir.
Common Questions Answered on Record
What is Sharur yallisi in plain words?

Şərur yallısı - Azərbaycan xalqına məxsus, Naxçıvan Muxtar Respublikası üçün xarakterik olan rəqs növlərindən biri

Where is Sharur yallisi practised or documented?

No verified geographic place has been linked on record yet — editors can add a cited place from the edit page.

What is the current condition of Sharur yallisi today?

□□□□ (Not yet assessed): Documented in open cultural records, but no cited field assessment of its current vitality has been added here yet.

How do I cite or share this Sharur yallisi entry?

Cite as: "Sharur yallisi." folkroom, https://folkroom.org/art-forms/sharur-yallisi, text CC BY-SA, with attribution.

Share or cite this roomNo tracking · CC BY-SA 4.0
WhatsAppXLinkedInRedditFacebook

The tradition & historical record

3 min read · 2 sources

Şərur yallısı - Azərbaycan xalqına məxsus, Naxçıvan Muxtar Respublikası üçün xarakterik olan rəqs növlərindən biri 1

Ümumi məlumat

Naxçıvan təkcə tarixi memarlıq abidələri ilə deyil, həm də mədəniyyətimizin ən qədim nümunəsi olan folklor rəqsləri - yallıları ilə tanınır. Şərur bölgəsinin rəqs qruplarının ifa etdiyi yallılar öz orijinallığı ilə fərqlənir. Mənbələrdə göstərilir ki, yallı rəqs növünün tarixi çox qədimdir - yazılı mədəniyyətdən əvvəlki dövrlərə təsadüf edir.Oğuz ellərinin həyat tərzi, məişəti, dünyagörüşü “Dədə Qorqud” boylarında sözlə, fikirlə, yallılarda isə rəqslə, ritmik hərəkətlərlə ifadə olunub. Mütəxəssislərin fikrincə, bir vaxtlar Şərur bölgəsində yallının 100-dən artıq növü olub.Onların bir qismi toy mərasimlərində, el şənliklərində yaşadılaraq bu günə gəlib çıxıb. Böyük şəxsiyyətlər, görkəmli sənət adamları Şərur torpağını yallı rəqslərimizin beşiyi adlandırıblar. Yallını bu torpağın qədimlik rəmzi, Oğuz möhürü kimi dəyərləndirənlər də çoxdur. "Yallılar bizim keçmişimiz, bu günümüz, gələcəyimizdir. Yallını qoruyub-saxlayın. Bu, Naxçıvanın tacıdır" - deyə ulu öndər Heydər Əliyev vaxtilə bildirib. Elə o vaxtdan bölgədə folklor sənətimizin bu incisinə diqqət və qayğı çoxalıb. Dahi bəstəkar Üzeyir bəy "Şərur Azərbaycan folklor mədəniyyətinin beşiyidir" deyə söyləyibsə, görkəmli rəqqasə Əminə Dilbazi "Bizim yallı mənbəyimiz Naxçıvanda, Şərur torpağındadır" deyə xatirələrində yazıb. Akademik İsa Həbibbəyli isə deyib ki, "harada yallı olubsa, yaxud da indi yallı rəqsi geniş yayılıbsa, oralar qədim Oğuz türk yurdu olub". Hazırda Naxçıvan Muxtar Respublikasında “Şərur” Xalq Yallı Ansamblının, Şərur Rayon Mədəniyyət Sarayının “Şərur qönçələri” Yallı Ansamblının, Babək Rayon Mədəniyyət Evinin “El yallıları”, Ordubad Rayon Mədəniyyət Evinin “Nuray”, Kəngərli Rayon Mədəniyyət Evinin yallı qrupları fəaliyyət göstərir. 1

“Şərur” Xalq Yallı Ansamblı

Şərur yallılarının qorunmasında, yaşadılmasında və təbliğində “Şərur” xalq yallı ansamblının mühüm rolu olub. Ansamblın əsası 1929-cü ildə qoyulub. İllər keçdikcə kollektiv öz repertuarını genişləndirmışdir.1936-cı ildə səhnəyə qədəm qoyan ansambıl 1938–ci ildə Moskvada keçirilən Azərbaycan ədəbiyyatı və incəsənəti ongünlüyündə iştirak etmişdir. Dahi bəstəkarımız Üzeyir Hacıbəyov yallı ansambılına daim qayğı və yardım göstərmişdir.Ansambıl dünyanın bir çox ölkələrində keçirilən özfəaliyyət festivallarında iştirak etmiş diplom və mükafatlara layiq görülmüşdür. 1972-ci ildə Almaniya Demokratik Respublikasında beynəlxalq folklor festivalı keçirilir. Ansamblı bu tədbirə Xalq artisti Əminə Dilbazi hazırlayır. Məşhur rəqqasə xatirələrində yazır: “Mən bilirdim ki, bizim yallı mənbəyimiz Naxçıvanda Şərur torpağındadır... Biz ora - Almaniyaya elə bir folklor nümunəsi aparmalıyıq ki, üstündə xalqımızın möhürü olsun. Bu, Şərur yallısı idi...” Uğurlu çıxışlarına görə ansambl festivalın laureatı adını qazanır. 1984-cü ildə Polşanın Zelyonaya Qora şəhərində təşkil olunan beynəlxalq folklor festivalına qatılan ansamblın fəaliyyətini əks etdirən “Şərur yallısı” sənədli filmi çəkilir. Onu da qeyd edək ki, kollektivin bu uğurlarında Əminə Dilbazi, Əlibala Abdullayev, Xumar Zülfüqarova, Qəmər Almaszadə, Kamil Dadaşov, Roza Cəlilova kimi Azərbaycanın tanınmış musiqiçi və rəqs ustalarının böyük xidmətləri olub. Ansamblın üzvlərindən 4 nəfər Azərbaycan Respublikasının Əməkdar Mədəniyyət İşçisi adına, 10 nəfər Prezident mükafatına, 2 nəfər isə Naxçıvan Muxtar Respublikasının Əməkdar Artisti fəxri adına layiq görülüb. 1

“Nurani” xalq yallı ansamblı

Kənd mədəniyyət evinin nəzdində fəaliyyət göstərən bu ansambl öz ətrafında 60-70 yaşında ifaçıları toplayıb. Məh bu kollektivin üzvlərinin səyi nəticəində "Hoynərə", "Dönə" kimi yallılar yenidən sənətə qaytarılıb. Ansamblın bədii rəhbəri Bəxtiyar Mehdiyevdir. 1

“Şərur qönçələri” uşaq yallı ansamblı

“Şərur qönçələri” uşaq yallı ansamblı rayon Mədəniyyət sarayının nəzdində fəaliyyət göstərir. 2000-ci ildə ansambl Ankarada uşaq bayramında uğurla çıxış edərək diplom və mükafatlara layiq görülüb. Ansambıl öz repertuarını qədim xalq oyunları ilə zənginləşdirməyə davam edir. Ansambılın repertuarına bir birindən fərqlənən 40-dan çox yallı və rəqs (“Qaladan –qalaya”, “Tello”,“Xələfi", “Urfanı”, “Tirmə-Şal”, “Qazı-qazı”, “Dırqo”, “Höynəri”, “Gülümey”, “Haxışta” və.s) daxildir. 2016-cı il sentyabrın 30-da “Naxçıvanqala” Tarix-Memarlıq Muzey Kompleksində Naxçıvan Muxtar Respublikası İqtisadiyyat, Mədəniyyət və Turizm nazirlikləri, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və Naxçıvan Şəhər İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə “Plov” və “Yallı” festivalları keçirilib. 1

The text above is adapted from the Wikipedia article “Şərur yallısı”, available under the Creative Commons Attribution-ShareAlike 4.0 licence. 1

Sharur yallisi is type of dance, according to the structured record cited below. This entry was generated automatically from that record and has not yet been reviewed by a person familiar with the tradition. 2

No recording linked yet — know one? Point at it →
Sources on Record
[1]Wikipedia: Şərur yallısı · encyclopedia
Sourced or Silent · Still Open

Questions awaiting a cited source

+ Answer with a source →
How many people perform it today?
When is it first attested, and by whom?