The tradition & historical record
4 min read · 2 sourcesYallı — Azərbaycan milli rəqsi. Ən qədim rəqs növlərindən biridir. 2018-ci ilin 26 noyabr – 1 dekabr tarixlərində Mavriki Respublikasının paytaxtı Port-Luis şəhərində UNESCO-nun Qeyri-maddi mədəni irsin qorunması üzrə Hökumətlərarası Komitəsinin növbəti 13-cü sessiyasında qəbul edilmiş qərarla "Yallı (Köçəri, Tənzərə), Naxçıvanın ənənəvi qrup rəqsləri" UNESCO-nun Təcili Qorunma Siyahısına daxil edilmişdir. 1
Etimologiya
Azərbaycanın güney bölgələrində "yallı"ya "halay" da deyilir guney Azərbaycanın qərbi Azərbaycan əyalətində jəlman da adlanır. (Al/Hal) kökündən törəmişdir. Birlik və atəş mənaları ehtiva edir. Monqol "halah" feli sərbəst buraxmaq, rahatlaşdırmaq mənalarına gəlir. Mançurca "hələ" feli də eyni anlama gəlir. 1
Tarixi
Yallı (Halay), türk və altay xalq mədəniyyətində mərasim rəqsidir. Kökləri miladdan əvvəlki dövrlərə gedən bir oyundur. Həyatın enerjisini, dövrünü, həmrəyliyi, hərəkəti, dayanıb davam etməyi və ritmi ehtiva edər.(Al Hal) sözcüyünün odla yəni həyati enerjiylə bağlı olması bu oyuna verilən əhəmiyyəti göstərir. Primitiv formasının adı Allı olaraq bilinər. Qobustan adlı bölgədə qayalara çəkilən köhnə çağlara aid şəkillərdə bu oyunun təsvir edildiyi görülməkdədir. Elley (Allay) adlı ilk ata ilə də əlaqəli görünməkdədir. Yakutlar bu rəqsə Ohokay deyərlər. "Yallı" sözünün arxaik sinonimlərindən biri Çöppüdür. "Çöpü" sözünə Azərbaycan şairi Qətran Təbrizinin (1012–1088) "Divan"ındakı beytlərin birində rast gəlinir. Beytin izahında "Çöppü" sözünün yallıyabənzər, kollektiv oyun olduğu bildirilir. Deməli, Q. Təbrizinin XI əsrdə yaşadığını nəzərə alsaq, ondan əvvəlki əsrlərdə də Qobustan qayaüstü rəsmlərində təsvir edilən rəqslərə bənzər "Çöppü" adlı kütləvi oyunun icra edildiyi ehtimalı özünü doğruldur. Yallı — rəqs sənətinin ilkin formasıdır. Azərbaycan xalq musiqisinin, musiqi folklorumuzun çox geniş yayılmış və qədim tarixə malik olan janrlarından biri də rəqslərdir. Rəqs sənətinin çoxəsrlik tarixə malik olması faktı xalq rəqslərimizin əsas qollarından biri sayılan "yallı"nın yaranması ilə bağlıdır. Azərbaycanda "yallı"nın dərin kökləri haqqında bir çox mənbələr, arxeoloji qazıntılar, tarixi ərazilər bizə mühüm və maraqlı məlumatlar açıqlayır. 1
Başqa xalqlarda yallısayaq rəqslər
Rumınların "Arkan", bolqarların "Treskohoro", moldovanların "Tabakaryaska", özbəklərin "Yalla", "Lapar", müasir "Paxtakor", fransızların "Branl" və s. rəqslər yallısayaq ifa edilir. 1
Xüsusiyyətləri
Yallı rəqsi oxuma və əlçalma ilə də muşayiət oluna bilər. Bu rəqs əvvəllər aydınca əmək xarakteri daşıyardı. Yallı böyük bir dəstənin birgə iştirakı ilə ifa olunur. Dəstənin başında əlindəki yaylığı (dəsmalı) yellədərək qabaqda gedən "yallıbaşı" durur. Başqa iştirakçılar isə qollarını açaraq bir – birilərinin çeçələ barmağından tutur, ya da əllərini bir–birilərinin çiyninə qoyurlar. Yallı gedərkən çox vaxt yallıbaşı kamanı bir əlində tutub silkələyərək həm səsləndirir, həm də rəqsin ölçüsünü oynaya–oynaya qeyd edir. Yallı rəqsi üç hissədən ibarətdir: rəqs əvvəlcə təntənəli və aram addımlarla başlanır, getdikcə sürəti artmağa başlayır və texniki cəhətdən mürəkkəb tullanma hərəkətlərlə davam etdirildikdən sonra əvvəlki təntənəli vəaram yürüşlə tamamlanır. Yallılar əsasən zurna alətinin müşayiəti altında oynanılır. Zurnaçılar dəstəsi 4 nəfərdən ibarət olur: zurna (solo), züyçü (dəmkeş), kos (böyük nağara), bala nağara (kiçik nağara). Şəkidə zurnaçılar dəstəsi öz tərkibinə görə başqa bölgələrdəki dəstələrdən fərqlənir. Belə ki, Naxçıvanda zurnaçılar dəstəsi 3 nəfərdən ibarətdir: zurna (solo), züyçü (dəmkeş), çubuq nağara. Çubuq nağarası iri diametrli nağaradır. Ifaçı sağ əli ilə ağzı düyülmüş iri çubuqla, sol əli ilə isə yuxarıdan ağzı düz kiçik çubuqla ifa edir. Şəkidə də bu tərkibdə musiqiçi dəstələri çoxdur. Çünki bura zurna ifaçılıq sənətinin çox inkişaf etdiyi bölgələrdəndir. Bu da səbəbsiz deyil. Əgər Şirvan zurna ifaçılıq sənətinin təməli Əli Kərimovun adı ilə bağlıdırsa, Şəki zurna ifaçılıq məktəbinin banisi Həbibullah Cəfərovdur. Bu məktəbi zirvələrə çatdıran isə Ələfsər Şəkili (Rəhimov) olmuşdur. Onun virtuoz, əzəmətli ifası nəinki Azərbaycanda, onun hüdudlarından kənarda da tanınmışdır. 1
Növləri
Xoreografik məzmunlarına görə yallılar iki qrupa bölünür: 1
oyun yallıları — Köçəri, Qaz-qazı, Çöp-çöpü; rəqs yallıları — Dönə yallı, Siyaquşu, Tənzərə, Urfanı və s. Tərkibinə görə yallılar 3 cür olur: 1
qadın kişi qarışıq Yallılar musiqi müşayiətinə görə iki yerə bölünür: 1
Mahnı müşayiəti ilə ifa olunan yallılar Musiqi müşayiəti ilə ifa olunan yallılar Yallının bir çox növləri mövcuddur: 1
Şəki yallıları: Daş bulağı, Hönə Qaradağlı, Dərviş baba, Dal Dağıstanı, Kəkliyi, Cindaboru, Şəmili, Yegara, Altı qızlar və s. Naxçıvan yallılar: Qaladan qalaya, Şərur, Tənzərə, Urfanı, El yallısı (iki ayaq), Üç ayaq, Dörd Urmiya yallıları (jəlmanları): tək ayaq, iki ayaq, üç ayaq, bəndi, mojəssəmə, şirxani, düdü, məşşava (məştibad), ostanbazi, Topçular (topçinar), yanbasma (köçəri), vəzrava, mamır, pedava, sənəndaji, Teymurava, Qənbəryamani və s. ayaq Tirmə Şal Baharı Köçəri Haxışta Qaleyi Gopu Çöp-çöpü Qaz-qazı Siyaqutu Cing-cing Xələfi 1
The text above is adapted from the Wikipedia article “Yallı”, available under the Creative Commons Attribution-ShareAlike 4.0 licence. 1
Yally is traditional group dance of Nakhchivan – inscribed in the List of Intangible Heritage in Need of Urgent Safeguarding in 2018, according to the structured record cited below. This entry was generated automatically from that record and has not yet been reviewed by a person familiar with the tradition. 2
The source record links this tradition to 2 external registers, which can be verified through the citation. 2