The tradition & historical record
5 min read · 2 sourcesŞirvan dolçası — ustad naqqaş Əli bin Məhəmməd bin Əbü-l Qasım tərəfindən 1206-cı ildə Şirvanda hazırlanmış monumental bədii dolça. Müxtəlif sənətşünaslar tərəfindən, orta əsrlər Azərbaycan incəsənətinin dövrümüzə çatmış ən dəyərli əsərlərindən biri hesab edilir. Hazırda Ermitaj muzeyində, İran incəsənəti nümunəsi kimi sərgilənir. Şirvanda yerli sakinlərdən alınan dolça əvvəlcə Tbilisiyə göndərilmiş, daha sonra Sankt-Peterburq şəhərində fəaliyyət göstərən yerli antikvar auksionlardan birində 1916-cı ildə Ukrayna mənşəli kolleksiyaçı Boqdan Xanenko tərəfindən əldə edilmişdir. 1917-ci ildə Boqdan Xanenkonun vəfatından sonra onun vəsiyyətnaməsinə əsasən Şirvan dolçası Boqdan və Varvara Xanenkolar adına ÜmumUkrayna Elmlər Akademiyası muzeyinə bağışlanır. 1928-ci ilin may ayından Ukraynanın Xanenkolar muzeyində SSRİ-nin “Dövlət Satışı” üzrə Komissiyası əsəri xarici satışa çıxarmaq üçün “Antikvariat” firmasının Leninqrad filialına göndərir. 1932-ci ildə Ermitaj Muzeyinin “Şərq incəsənəti şöbəsi” kolleksiyasında peyda olur. 1
Tarixi-mədəni fon
Elmi ədəbiyyatda həm də akvamanil adlandırılan dolçalar əsasən müxtəlif insan və heyvan formalarında hazırlanmaqla, Yaxın Şərq xalqlarının orta əsrlər mədəniyyətlərində geniş yayılmış və yeməkdən əvvəl əl yumaq üçün istifadə edilmişdir. Tarixi Persiya, Anadolu və Azərbaycan ərazisində yaşayan xalqlar tunc dövrünün sonu, dəmir dövrünün əvvəllərindən başlayaraq müxtəlif materiallardan zoomorf formalı dolça, şamdan və kuzələr hazırlayırdılar. Əksər hallarda totem heyvanların formalarında hazırlanan bu qablar həm dini mərasimlərdə, həm də məişətdə geniş istifadə edilirdi. Azərbaycan ərazisində arxeoloji qazıntılar zamanı bu cür dolçalar Mingəçevir, Ağsu (Nərgizava nekropolu), Daşkəsən və Şamaxı ərazilərdində aşkar edilmişdir. Erkən orta əsrlər dövründə zoomorf dolçalar Bizans vasitəsi ilə Avropa xalq sənətkarları arasında da yayılmış, Səlib yürüşləri vasitəsi ilə Avropa məişətinə düşən çoxsaylı bənzər predmetlər isə Avropa zadəganlarını zoomorf akvamanillə tanış etmişdir. Metaltökmə texnikasının kəşfindən sonra, zoomorf dolçalar bu texnika ilə hazırlanır və müəllifin fantaziyasına uyğun daha mürəkkəb kompozisiyalar qurulurdu; xüsusilə bu cür dolçalar Səlcuqluların hakimiyyəti dövründə geniş yayılır, Hülakülər dövründə isə zoomorf dolçalar zəngin naxışlarla bəzədilərək hökmdar və zəngin əyan saraylarında istifadə olunur. Şirvan dolçasının yaranma dövründə Şirvanın sosial-siyasi və sənətkarlıq mühiti öz mütərəqqiliyi ilə seçilirdi. Abidənin yarandığı dövrdə Şirvanşahlar dövləti - Şirvanşah Məzyədilər sülaləsinin sonuncu hökmdarı Yəzid ibn Əhməd ( 991-1027) tərəfindən idarə olunurdu. Ticarət və sənətkarlıq gur inkişaf edirdi. Şirvanın ən iri ticarət və sənətkarlıq mərkəzi o dövrdə Yəzidiyyə adlanan, sonrakı Şamaxiyyə və müasir Şamaxı şəhəri olmuşdur. 1
Tarixi
30 noyabr 1805-ci il tarixində P. Sisianovun rəhbərliyi altında rus ordusu Şirvan xanlığı ərazisinə daxil olur. Bir aydan sonra Şirvan xanı Mustafa xan Şirvanın rus tabeçiliyinə keçməsi barədə təslim müqaviləsini imzalayır. 1820-ci ildə Mustafa xanın İrana qaçması ilə Şirvan xanlığı ləğv olur və burada rus inzibati idarəçiliyi tətbiq olunmaqla, Rusiya imperiyasının Şamaxı quberniyası təsis olunur. XIX əsrin sonunda Rusiya imperiyasında Qafqaz əyalətindən maddi gəlir əldə etmək məqsədi ilə “Zaqafqaziya Kustar Komitəsi” yaradılır. Gəlir gətirə biləcək xalq sənətkarlığı istehsalını bərpa etmək məqsədi ilə qədim autentik sənət əsərləri əhalidən toplanır, onların texnologiyaları öyrənilərək sadələşmiş surətləri çıxarılır və kütləvi kustar istehsalına cəlb olunur. Bununla belə, Kustar Komitənin emissarları unikal bədii əhəmiyyəti və dəyəri olan sənətkarlıq nümunələrinin orijinallarını (xalılar, silah, zinət əşyaları, çini qablar və misgərlik əsərləri) yerli əhalidən qismən - müsadirə edərək, qismən isə - aldadaraq, dəyər-dəyməzə əldə edərək, yüksək tarixi və bədii dəyəri olan, unikal əşyalar Kustar Komitənin muzeyində (Tbilisi şəhərində yerləşirdi) yığılaraq, sonradan Rusiyanın və Avropa auksionlarına satış üçün göndərilirdi. Şirvanda yerli sakinlərdən alınan dolça da bu zaman Tbilisiyə göndərilir. Lakin, Şirvan dolçası xarici auksiona yönləndirilmir. Şirvan dolçasının xarici satışa çıxarılmaması səbəbi – inək fiqurunun qulalardan birinin - tam, digərinin isə – qismən qopmuş vəziyyətdə olması idi. 1
Bədii və texniki xüsusiyyətləri
Şirvan dolçası orijinal bədii obraz və unikal istehsal texnikası ilə Yaxın Şərq və Avropanın bənzər zoomorf dolçalarından seçilir. Dolça, 1206-cı ildə tarixi Şirvan ərazisində ustad naqqaş Əli bin Məhəmməd bin Əbü-l Qasım tərəfindən hazırlanmışdır. Qab tökmə (qəlibkarlıq) üsulu ilə tuncdan hazırlanmış, hündürlüyü 31 sm.; eni – 35 sm.-dir. Müəllif əsər üzərində imzasını da qoymuşdur; inək fiqurunun boyun hissəsində incə xətli kitabədə yazılıb: “Bu İnək, buzov və şir - ədalətli, hər şeyi bilən Allahın köməyi ilə bir qəlibdən, bir dəfəyə tökülmüşdür.” İnəyin boğaz hissəsində və başında isə müəllif öz adını, tarixi, sifarişçi və yiyəsinin adını həkk edir: “Əli bin Məhəmməd bin Əbü-l-Qasım ən-naqqaş. Məhərrəm ayı 603-cü il. Şirvan. Sifarişçi Ruzbeh bin Afridun. Sahibi- Şah Burzin bin Afridun. Allah onu qorusun” Dolça, üç zoomorf fiqurlu heykəltəraşlıq kompozisiyasından təşkil edilmişdir. Belində oturan şir tərəfindən gəmirilməsinə fikir vermədən ac balasını (buzov) əmizdirən inək fiquru, dolçanın su konteyneridir. Süd əmən balasının rahatlığını pozmamaq üçün, diri-diri gəmirilən ana-inək - şirə heç bir məhəl qoymur. Buzov isə, ölüm cəngində olan anasının mücadiləsindən xəbəri olmayaraq, rahat süd əmir. Kompozisiya həcmli heykəltəraşlıq obrazını ifadə etməklə bərabər, yüksək ustalıqla hazırlanmış əl-üz yumaq üçün su qabıdır. Üç fiqurdan ibarət, daxili boş olan bu heykəl kompozisiyası birləşmiş qablar prinsipi ilə hazırlanıb. Dolçanın su doldurmaq üçün nəzərdə tutulmuş ağız hissəsini – şir fiqurunun boynundakı dəlik yerinə yetirmiş, lüləyi isə - inəyin başı və ağzındakı dəlik olmuşdur. Qəlibkarlıq üsulu ilə tökülmüş inək fiqurunun xarici səthi xətəmkarlıq üsulu ilə naxış, fiqurlu təsvirlər və yazılı kitabələrlə bəzədilib. 1
Həmçinin bax
Şirvanşahlar dövləti Eldənizlər 1
The text above is adapted from the Wikipedia article “Şirvan dolçası”, available under the Creative Commons Attribution-ShareAlike 4.0 licence. 1
Water Jug (Aquamanile) in the Shape of a Zebu Cow is Bronze water jug, according to the structured record cited below. This entry was generated automatically from that record and has not yet been reviewed by a person familiar with the tradition. 2
The source record links this tradition to 1 external register, which can be verified through the citation. 2





