The tradition & historical record
2 min read · 2 sourcesYuğ və ya Sağu — yas mərasimi ilə bağlı arxaik nəğmələrdir. Bu mətnlər ortaq türk folklor arealında geniş yayılmış "yuğ", "ağı", "sağu", "yedi", "edi" adları ilə tanınmışdır. Bu mərasim insanların vəfatı zamanı ya evdə, ya da basdırılan zamanı düzəldilir. Əsas hissə yasın qurulduğu yerdə icra edilir. Oxunan mahnılar ağı adlanır. Qədim türklərdə yuğçu ozanlar — ağıçılar qopuzda çalaraq ölən haqqında mahnılar deyərlərmiş. Həmin mərasimdə ölən adam təriflənər, onun yaxşı cəhətləri, xeyirxahlıqları mövzu olarmış. Yuğ həm də qədim türklərin musiqi, mahnı, rəqs, ağı parçaları ilə müşayiət olunan ölübasdırma mərasimi olub. Qədim Azərbaycanda yuğ (yuğlamaq – ağlamaq sözündəndir) adlanan ayın olmuşdur ki, sonralar onun tərkib hissələrinin çoxu matəm mərasiminə keçmişdir. Yaş – matəm nəğmələri ağılar və mərsiyələr bizim dövrlərdə də qalmışdır. Mərsiyələr adətən matəm ayi olan məhərrəmlikdə çox ifa olumurdu. Ekvivalenti farklı Türk şivelerinde Yoğ, Yox, Yığ şeklindedir. Cənazə mərasimi, cənazə yeməyi kimi mənaları vardır. Ölü bir çadıra qoyulub, ətrafında doqquz dəfə dolanılır. Beləcə ruhunun göyə çıxacağına inanırlar. Cənazə mərasimlərində Ağu, Sagu və ya Yugu adı verilən ezgili koşuklar oxunur. Bunların hepside ölünün arxasından yaşanan yas prosesində ağrını dışavurma ilə əlaqədardır və bənzər mənalar ehtiva edər. İslam dini yas müddətinin uzadılmasını və özünə zərər verəcək şəkildə dövünmek qadağan etmişdir. 1
Etimologiya
(Yuğ / Yığ / Ağ) kökü. Ağlamaq mənasını daşıyır. Ağıt, ağu, ağlamaq, yığlamak, yığut kimi sözlər həmişə bir-biriylə əlaqəlidir. Yığlamak / Yuğlamak sözcüyü ağlamaq deməkdir. Bundan başqa Yo / Yox / Yox kökündən yokoluşum də xatırladar. 1
Azərbaycanda
Aş (yuğ) mərasimi hələ də bəzi türk xalqlarında, o cümlədən azərbaycanlılarda mövcuddur. Yas mərasimində qonaqlara verilən yeməyin ölünün ruhunu o biri dünyada rahatlatdığına inanılır. Ədəbiyyatşünas Əbdürrəhim bəy Haqverdiyev yuğ haqqında bu fikirləri bildirmişdir: 1
Müasir dövrdə yuğçu kişilərin yerini mərsiyəçi qadınlar almışdır. Azərbaycanın bir sıra rayonlarında, xüsusilə Kəlbəcərin Almalı kəndində yuğ mərasiminin bir sıra qalıqları bu günə kimi yaşayır. Bu kənddə ölünü götürməmişdən qabaq onun bir tərəfində kişilər, o biri tərəfində qadınlar diz çökür və əllərindəki dəsmalı yellədə-yellədə xorla "vaveyla" ― "heyif, yazıq" (bizcə, bu az-çox sonradan mərasimə gəlmədir) deyirlər. Ölünü gətirib kəndin ortasında basdırandan sonra, yuğda olduğu kimi çalıb-oxuyub, rəqs edirlər. 1
Mənbə
Türk Mitoloji Sözlüğü, Pınar Karaca Arxivləşdirilib 2012-12-04 at the Wayback Machine (türk.) 1
The text above is adapted from the Wikipedia article “Yuğ”, available under the Creative Commons Attribution-ShareAlike 4.0 licence. 1
yuğ is ancient Turkic funeral ceremony, according to the structured record cited below. This entry was generated automatically from that record and has not yet been reviewed by a person familiar with the tradition. 2
The source record links this tradition to 1 external register, which can be verified through the citation. 2





